Bakıda “PostEurop”un (Avropa Poçtu) 2026-cı il Baş Assambleyasına həsr olunmuş poçt markasının xüsusi möhürlənmə mərasimi keçirilib.

 

Mərasim Bakıda keçirilən “PostEurop” Baş Assambleyası və Biznes Forumu çərçivəsində baş tutub və poçt markası “PostEurop”un İdarə Heyətinin sədri Elena Fernandez-Rodriguez, təşkilatın Baş katibi Botond Szebeny, Ümumdünya Poçt İttifaqının (UPU) baş direktoru Masahiko Metoki və “Azərpoçt” MMC-nin İdarə Heyəti sədrinin vəzifələrini icra edən Manaf Babayev tərəfindən möhürlənib.