Dünya şöhrətli “Most Traveled People” (MTP) klubunun təsisçisi, amerikalı səyyah Charles Veleyin başçılığı ilə bu gündən beynəlxalq səyyahların Qarabağ və Şərqi Zəngəzura səfəri başlayıb.

 

Budəfəki heyətə 13 ölkədən təxminən 40 nəfər daxildir. Səfər proqramında Azərbaycanın qədim tarixini, böyük keçmişini özündə əks etdirən alban məbədlərinin ziyarəti də var.

Bu, dünyanın əsas səyyah klublarının 2021-2026-cı illərdə Qarabağ və Şərqi Zəngəzura qrup şəklində 17-ci səfəridir. Belə səfərlər səyyahlara işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı quruculuq və bərpa işləri ilə yerində tanış olmağa imkan yaradır.