Bu gün biz ilk dəfə altıtərəfli formatda görüşürük. Hörmətli İlham Heydər oğlu Əliyevi salamlayır və bu əlamətdar hadisə münasibətilə təbrik edirəm.
Bu barədə Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov oktyabrın 8-də Türkmənbaşı şəhərində keçirilən Mərkəzi Asiya və Azərbaycan Dövlət Başçılarının Məşvərət görüşünün açılışında bildirib.
Türkmənistan Prezidenti Azərbaycanın bu formata qoşulmasının vacibliyini qeyd edib.
“Bizim fikrimizcə, Azərbaycanın üzvlüyü dövlətlərimiz arasında uzun müddətdir davam edən qarşılıqlı fəaliyyətin çox mühüm və məntiqi nəticəsidir, qardaşlıq, mehriban qonşuluq, əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsinin, xalqlarımızın inkişaf və tərəqqi yolunda əl-ələ verib birlikdə irəliləməsinin vacibliyinin dərk edilməsidir”, - deyə Sərdar Berdiməhəmmədov qeyd edib.