Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatında oktyabrın 9-da Azərbaycan millisinin üzvü Zelim Kotsoyev tatamiyə çıxacaq.
Paris-2024 Yay Olimpiya Oyunlarının qalibi və 2024-cü ilin dünya çempionu olan Kotsoyev kişilərin -100 kiloqram çəki dərəcəsində mübarizə aparacaq.
Cüdoçumuz yarışa 1/32 final mərhələsindən başlayacaq. Onun ilk rəqibi Türkmənistan təmsilçisi Baymırat Majanov olacaq.
Milli Gimnastika Arenasında təsnifat görüşləri saat 10:30-da, final bloku isə saat 18:00-da başlayacaq.
Qeyd edək ki, dünya çempionatına oktyabrın 11-də yekun vurulacaq. Hazırda Azərbaycanın aktivində 1-i qızıl, 1-i gümüş, 3-ü bürünc olmaqla ümumilikdə 5 medal var.