Bakıda keçirilən MDB-nin iştirakçısı olan dövlətlərin Əmək, Miqrasiya və Əhalinin Sosial Müdafiəsi üzrə Məşvərət Şurasının 39-cu iclasının iştirakçıları Fəxri xiyabana gələrək Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Ulu Öndərin xatirəsi ehtiramla yad edilib, məzarı üzərinə gül dəstələri qoyulub.
Həmçinin iclas iştirakçıları Şəhidlər xiyabanını ziyarət edib. Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda mübarizədə canlarını qurban vermiş qəhrəman Vətən övladlarının əziz xatirəsi ehtiramla yad edilib, məzarları üzərinə güllər düzülüb.