Futzal üzrə Azərbaycan millisi tarixində ilk dəfə Lənkəran Olimpiya İdman Kompleksində rəsmi oyun keçirəcək.

 

Azərbaycan Futzal Federasiyasından verilən məlumata görə, DÇ-2028-in 12-ci qrupunda yer alan yığma noyabrın 5-də Çexiyanı qəbul edəcək. Matç saat 17:00-da start götürəcək.

Qeyd edək ki, Lənkəran Olimpiya İdman Kompleksi 2018-ci ildə istifadəyə verilib. İdman zalının azarkeş tutumu 788 nəfərlikdir.