Oktyabrın 18-25-də Türkiyənin Trabzon şəhərində boks üzrə U-15 Avropa çempionatı keçiriləcək.
Boks Federasiyasından verilən məlumata görə, yarışda Azərbaycan millisi 21 idmançı ilə təmsil olunacaq.
Çempionatda ölkəmizin idman şərəfini Hüseyn Rəhimli (40 kiloqram), Hümbət Almazov (42 kiloqram), Ələkbər Məmmədli (44 kiloqram), Əlimədəd Qədirli (46 kiloqram), Müslim Ələkbərov (48 kq), Niyaməddin Tağızadə (50 kq), Sənan Nəsibli (52 kq), Sadiq Xəlilov (54 kq), Yusif Əli (57 kq), Sunay Əzimov (60 kiloqram), Nazim Qazıyev (63 kiloqram), Rafael Abbasov (66 kiloqram), Sərxan Haxverdiyev (70 kiloqram), Həsən Lütfəliyev (75 kiloqram), Fərhad Əhmədli (80 kiloqram), Teymur Tanrıverdiyev (90 kiloqram), Hüseyn Aydəmirli (+90 kiloqram), Aişə Muradova (48 kiloqram), Nuray Qafarova (50 kiloqram), Veysilə Əliyeva (54 kiloqram) və Gülay Ocaqova (57 kiloqram) qoruyacaqlar.
Yarışa Stanislav Krılovla Məsməxanım Səlimova isə hakimlik edəcəklər.