Kamerun Futbol Federasiyasının prezidenti Samuel Eto Bakıya gəlib.
Bu barədə AFFA-dan məlumat verilib.
Kamerunun millisinin və “Barselona”nın sabiq futbolçusu Bakıda təşkil edilən U-15 dünya çempionatı və festivalı ilə bağlı Azərbaycana səfər edib.
Etodan başqa, Fransa millisi və “Real Madrid”in sabiq yarımmüdafiəçisi Lassana Diarranın da Bakıda olduğu bildirilib.