"Sabah" komandasını Norveçdə "Vikinq"ə qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunun oyununda 200-dək azarkeşin dəstəkləyəcəyi gözlənilir.
Bu barədə Azərbaycan təmsilçisinin mətbuat xidmətinin rəhbəri Elnur Həmidov bildirib.
O, bu gün çarter reysi ilə Stavanger şəhərinə yollanacaqlarını söyləyib:
"Saat 15:00-da Norveçə yollanacağıq. Komandanı 200-dək azarkeşin dəstəkləyəcəyi gözlənilir. Oyun gününüdək bu say dəyişə bilər. Bizə olunan müraciətlər təxminən 200 civarındadır".
Xatırladaq ki, "Vikinq" - "Sabah" oyunu noyabrın 4-dən 5-nə keçən gecə, Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.