Son üç ildə 40 kilometrə yaxın istilik xətti yenisi ilə əvəz olunub. Maliyyə imkanlarını və işlərin texniki təşkilini nəzərə alaraq hər il orta hesabla 12–15 kilometr xəttin dəyişdirilməsini planlaşdırırıq.

 

Bunu “Azəristiliktəchizat” ASC-nin sədri İlham Mirzəliyev deyib.

“Xətlərin dəyişdirilməsi layihələndirmə, qazıntı üçün texniki şərtlərin alınması və ərazidən keçən digər kommunikasiyalara görə 10-a yaxın qurumla razılaşdırma tələb edir. İşlər sıx nəqliyyat hərəkəti şəraitində aparıldığından əvvəlcədən əlaqələndirmə vacibdir”, - deyə qurumun sədri qeyd edib.