Qadın voleybolçulardan ibarət “DH Volley” komandası CEV Çelenc Kubokunda 1/16 final mərhələsinə yüksəlib.
1/32 finalın cavab matçında Danimarkanın “Holte IF” kollektivini qəbul edən Azərbaycan təmsilçisi 3:0 (26:24, 25:21, 25:14) hesablı qələbə qazanaraq adını növbəti raunda yazdırıb.
Qarşılaşma Fövqəladə Hallar Nazirliyinin Bakıdakı idman zalında gerçəkləşib.
Xatırladaq ki, komandalar arasında ilk matçda “DH Volley” rəqibini 3:1 hesabı ilə məğlub edib. Komanda növbəti mərhələdə Polşanın LKS klubu ilə qarşılaşacaq.