Noyabrın 7-də Xətai rayonunda Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil ediləcək.

 

Xətai Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə reallaşacaq konsertdə tanınmış müğənnilər və incəsənət nümayəndələri çıxış edəcəklər.

Tədbir saat 17:00-da Xətai rayonunda yerləşən Heydər Əliyev adına İstirahət parkının amfiteatrında keçiriləcək.