COP31 çərçivəsində Antalyada Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Rəşad İsmayılov Qırğız Respublikasının təbii sərvətlər, ekologiya və texniki nəzarət naziri Akıl Toktobayev ilə görüşüb.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Görüşdə Azərbaycanda xüsusi mühafizə olunan təbiət ərazilərinin inkişafı, yeni milli parkların yaradılması, eləcə də Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında ətraf mühitin mühafizəsi və bərpası sahəsində görülən işlər barədə məlumat verilib. İki ölkə arasında ətraf mühitin mühafizəsi sahəsində mövcud əməkdaşlığın davam etdirilməsi və təcrübə mübadiləsinin genişləndirilməsi məsələləri müzakirə olunub.