Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi Hövsan Yaşayış Kompleksinin ikinci mərhələsi, Binəqədi Yaşayış Kompleksi, Şirvan Yaşayış Kompleksi və Yevlax Yaşayış Kompleksində yerləşən mənzillərin güzəştlə satışı barədə elan verib.

 

Bu barədə agentlikdən məlumat verilib.

Bildirilib ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hava Limanı-Zığ şossesi 8-ci km, “10L” ünvanında yerləşən Hövsan Yaşayış Kompleksinin ikinci mərhələsi üzrə 5 mənzilin, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 10 may küçəsi, 590 saylı sahə ünvanında yerləşən Binəqədi Yaşayış Kompleksi üzrə 839 mənzilin, Şirvan şəhəri, Naxçıvan küçəsi, 58A ünvanında yerləşən Şirvan Yaşayış Kompleksi üzrə 201 mənzilin, Yevlax şəhəri, Rəşad Budaqov küçəsi, 1 ünvanında yerləşən Yevlax Yaşayış Kompleksi üzrə 4 mənzilin, ümumilikdə 1 049 mənzilin satışı dekabrın 16-da saat 11:00-da başlayacaq və saat 13:00-dək davam edəcək.

Daha ətraflı bu keçid vasitəsilə tanış olmaq mümkündür.