Əsaslı yenidənqurmadan sonra Xankəndi şəhər stadionunda ilk rəsmi oyun keçirilib.
"Xankəndi" I Liqanın VIII turunda "Karvan-Yevlax"ı qəbul edib.
Görüş Yevlax klubunun 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Matçda hər iki qol ikinci hissədə vurulub. İbrahim Əliyev 67-ci dəqiqədə hesabı açıb. Son nöqtəni isə 77-ci dəqiqədə Obi Con Onyeka qoyub.
Bu qələbə ilə xallarını 16-ya çatdıran qonaqlar ikinci pilləyə yüksəliblər. Ev sahibi komanda isə 6 xalla 7-ci yerdədir.