Milli Xalça Muzeyində görkəmli xalçaçı-rəssam, alim və tədqiqatçı Lətif Kərimovun anadan olmasının 120 illiyinə həsr olunan “Ortaq irs: Beynəlxalq Türk Xalçası Simpoziumu” keçirilir.

 

Türk Mədəniyyəti və İrsi Fondunun, Türkiyənin Marmara Universitetinin, Azərbaycan Milli Xalça Muzeyinin və Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) birgə təşkilatçılığı ilə keçirilən beynəlxalq simpozium Türk dünyasının zəngin xalçaçılıq ənənələrinin araşdırılmasına, qorunmasına və beynəlxalq səviyyədə təbliğinə, eləcə də bu sahədə elmi-mədəni əməkdaşlığın genişləndirilməsinə xidmət edir.

Simpoziumda Lətif Kərimovun zəngin irsi, türk xalça sənətinin konseptual və simvolik dünyası, muzey kolleksiyaları və xalçaçılıq ənənələri, Mərkəzi Asiya xalçaçılığı, Anadolu toxuculuq irsi, eləcə də müasir dizayn və rəqəmsal texnologiyaların mədəni irsin qorunmasındakı rolu müzakirə olunur.

Tədbir noyabrın 24-dək davam edəcək.