Azərbaycan Respublikasının Slovakiya Respublikasındakı səfirliyi Bratislava şəhərində keçirilən 32-ci Xeyriyyə Milad Bazarında iştirak edib.

 

Səfirlikdən verilən məlumata görə, noyabrın 22-də təşkil olunan tədbirdə Azərbaycanın zəngin mədəni irsi, milli adət-ənənələri və qonaqpərvərlik mədəniyyəti nümayiş etdirilib.

Azərbaycan stendində ölkəmizin milli mətbəxini və mədəni müxtəlifliyini əks etdirən müxtəlif milli məhsullar, ənənəvi şirniyyatlar və digər mədəniyyət nümunələri təqdim olunub.