Düşmənin komanda-müşahidə məntəqəsi darmadağın edilib.

Bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı deyib.

V.Dərgahlı qeyd edib ki, Xocavənd rayonunun Hadrut yaşayış məntəqəsi istiqamətində yerləşən Ermənistan ordusunun 1-ci alayının 3-cü taborunun komanda-müşahidə məntəqəsi dəqiq atəşlə darmadağın edilib.