Azərbaycanın işğal altındakı Xankəndi şəhərində əhalinin kortəbii şəkildə təxliyəsinə başlanıb.

Bu barədə Rusiyanın “İzvestiya” nəşri hadisə yerindəki müxbirinə istinadən məlumat yayıb. Bildirilir ki, insanlar kütləvi şəkildə İrəvana göndərilir.

“Polis bəzilərinin təxliyəsinə yardım edir, yoldan keçən avtomobilləri saxlayıb sürücülərdən tanımadıqları şəxsləri şəhərdən çıxarmalarını istəyir”, - deyə xəbərdə qeyd olunub.