Bu ilin ilk 4 ayında Azərbaycandan 40 min 655 ton pambıq lifi və 3 min 917 ton pambıq ipliyi ixrac olunub.

Bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb.

Yanvar-aprel aylarında ixrac edilən pambıq lifinin dəyəri 58 milyon 217 min, pambıq ipliyinin dəyəri isə 9 milyon 423 ABŞ dolları olub.

Ötən ilin eyni dövründə ölkədən 20 milyon 585 min dollarlıq 13 min 243 ton pambıq lifi, 6 milyon 600 min dollarlıq 2 min 706 ton pambıq ipliyi ixrac edilib.