Ermənistan silahlı qüvvələrinin 11.10.2020-ci il tarixdə gecə saat 02 radələrində cəbhə zonasından kənarda yerləşən, Azərbaycan Respublikasının ikinci böyük şəhəri olan Gəncənin mərkəzi hissəsində yerləşən çoxmənzilli yaşayış binalarını raket atəşinə tutması nəticəsində həlak olanların sayı 10-a çatıb.
Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumatına görə, 12.10.2020-ci il tarixdə yaralı şəxslərdən biri - 1992-ci il təvəllüdlü Əliyeva Günay Zahid qızı müalicə olunduğu xəstəxanada vəfat edib.
Qeyd edək ki, hadisə nəticəsində 35 nəfər yaralanıb, həmçinin, 10-dan artıq çoxmənzilli binaya və 100-dən çox müxtəlif təyinatlı obyektlərə ziyan dəyib.
Hazırda digər yaralı şəxslərin stasionar şəkildə müalicələri davam etdirilir.