Azərbaycanın Ermənistanın işğalı altında olan daha 6 kəndi işğaldan azad edilib.
Bu barədə Prezident İlham Əliyev “Twitter” səhifəsində yazıb.
“Füzuli rayonunun Arış, Cəbrayıl rayonunun Doşulu, Xocavənd rayonunun Edişə, Düdükçü, Edilli, Çiraquz kəndləri işğaldan azad edilib. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!”, - deyə ölkə başçısı qeyd edib.