Şimali Kiprin aparıcı xəbər portallarından olan www.kibrishabersitesi.com  saytında “Bakı UEFA Avropa Liqasının final oyununa uğurla ev sahibliyi edəcək” sərlövhəli məqalə yerləşdirilib.

Məqalədə son illər Azərbaycanın mötəbər beynəlxalq tədbirlərə, idman yarışlarına uğurla ev sahibi etməsi barədə məlumat verilib. Əminliklə ifadə olunub ki, Bakı bundan əvvəl ev sahibi etdiyi tədbirlər kimi, UEFA Avropa Liqasının final oyununu da uğurla keçirəcək.