aztv-banner
ƏYLƏNCƏ

DÜŞƏN PULLAR

Dünyaca məşhur yarışma “DÜŞƏN PULLAR” Azərbaycanda start götürüb. Hər şənbə günü saat 22:00-da AzTV-də yayımlanan layihənin ilk qonaqları tanınmış teleaparıcılar Dilarə Səlim və Mümtaz Xəlilzadə olublar.
Layihənin ilk buraxılışı Azərbaycan Televiziyası və Radiosu Gününə təsadüf edib və tanınmış teleaparıcılar 100 min manat uğrunda mübarizə aparıblar. Onlar sonda yarışmanı 5 min manat qazanaraq tərk ediblər.
Dilarə Səlim və Mümtaz Xəlilzadə qazandıqları 5 min manatı "YAŞAT" Fonduna bağışlayıblar.
Layihənin aparıcısı Şəhriyar Əbilovdur.

22:00 / Şənbə

CANLI YAYIM