aztv-banner

GəncSən | 08. 01. 2022

GƏNCLİK

GƏNCSƏN

İctimai-siyasi proqramlar Studiyasının hazırladığı "GƏNCSƏN" verilişinin əsas məqsədi gənclərin fərdi inkişafının, dünyagörüşünün, təfəkkürünün formalaşması və təkmilləşdirmsi sahəsində maarifləndirmə və məlumatlandırma işi aparmaqdan ibarətdir. Verilişdə, eyni zamanda, gənclərlə müxtəlif sahələr üzrə söhbətlər aparılır, onların ən başlıcası vətənpərvər ruhda böyüməsi, vətəni sevməsi üçün maraqlı müzakirələr ön plana çəkilir.
Bu gün müasir gənclərin maraq dairəsi çox fərqlidir. Texnologiyalar əsrində yaşadığımız dövrdə onlar daha nələr istəyir? Bu istiqamətdə başlayan müzakirələr verilişin sonuna qədər daha maraqlı suallarla zənginləşir. Verilişdə cavablanan sualların hər biri yenə də tamaşaçının maariflənməsi və məlumatlandırılmasına xidmət edir.
Bunlardan başqa veriliş boyu gənclərin müxtəlif sahələrdə əldə etdikləri nailiyyətlərdən də söhbət açılan verilişdə musiqiyə də yer verilir.

15:00 / Şənbə

CANLI YAYIM