Film dünyada aktual olan problemə - qadınlara qarşı zorakılığa diqqət çəkmək məqsədilə hazırlayıb. Gerçək hekayələr əsasında çəkilən filmin qəhrəmanı olan qadınlardan 4-ü başına gələnlərdən danışır. Hekayələri fərqli olsa da, hər biri şiddət qurbanıdır. Qəhrəmanlar müsibətlərdən qaçaraq qadın sığınacağına pənah gətiriblər. Onlar acı talelərini psixoterapevtə danışaraq məsləhət gözləyirlər.
Filmdə mütəxəssislə danışan qadınlardan biri iddia edir ki, onun yaşadıqlarını heç kim yaşamayıb, o ağrılı illəri heç filmlərdə belə görmək mümkün deyil.
Filmdəki sonuncu hekayə isə artıq həyatda olmayan bir qadından bəhs edir. O, əri tərəfindən eyvandan atılaraq qətlə yetirilib. Bu, şiddətin ən ağır nəticəsidir.
Filmin adının “Gözbağlıca” seçilməsi isə təsadüfi deyil. Belə ki, əslində, uşaq oyunu olan gözbağlıca filmdə bir simvol kimi seçilib: həyatını, taleyini gözüyumulu seçənlərin alleqoriyası.
Filmin quruluşçu rejissoru Zaur Zeynal, ssenari müəllifi Leyla Qədirzadə, quruluşçu operatoru Aqşin Rzayevdir.
BƏDİİ FİLMLƏR
Kino sənətinin ən əsas və geniş yayılmış növü heç şübhəsiz bədii kinodur. Geniş mənada ona bədii film də deyirlər. Bədii kinoda real, yaxud uydurma hadisələr yaradıcı ifaçılıq vasitələri ilə, bir qayda olaraq, xüsusilə yazılmış ssenari və ya bədii nəsr nümumələrinin, teatr dramaturgiyası və s.-nin yenidən işlənib hazırlanması əsasında canlandırılır. Rejissorun rəhbərliyi altında film dəstəsinə operatorlar, rəssam, bəstəkar, səs rejissoru və s. daxildir.
Hazırda "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin Bədii-sənədli filmlər Studiyası və Kinoproqramlar və dublyaj Baş Redaksiyasının yaradıcı kollektivi baş verən hadisələri bədii dildə tamaşaçılara çatdırmaq üçün yeni layihələr üzərində işləyirlər.
Müxtəlif vaxtlarda