Film 44 günlük Vətən müharibəsi fonunda iki gəncin sevgisindən bəhs edir.
Əsas süjet xətti 44 günlük müharibə olan filmdə real qəhrəmanların – Xudayar Yusifzadə, Toğrul Hacıyev, Daşqın Səfiyev, Cəbrayıl Dövlətzadə, AzTV-nin operatoru Sirac Abışov və başqa şəhidlərimizin obrazı canlandırılıb. Müharibə zamanı fərqli cəbhələrdə döyüşən, fərqli məkanlarda şəhidlik zirvəsinə ucalan həmin qəhrəmanların filmdə bir araya gətirilməsi, onların dostluğu yaradıcı heyətin bədii təxəyyüldür.
Filmdə Nigar adlı gənc xanım (aktrisa Fəridə Şahbazova) və gənc heykəltəraş Fərid (aktyor Sənan Əlləz) yenicə ailə qurur, noyabrda dünyaya gələcək övladlarını səbirsizliklə gözləyirlər. Lakin Vətən müharibəsi onların planlarına öz korrektələrini edir. Torpağını qorumaq, ata-baba yurdunu düşmən işğalından azad etmək üçün Fərid xəstəxanada olan hamilə həyat yoldaşını Vətənə əmanət edərək könüllü olaraq cəbhəyə yollanır. Amansız döyüşlər zamanı o, vətənpərvərliyin, əsl dostluğun, mərdliyin, qəhrəmanlığın nə olduğunu öyrənir.
Filmin rejissoru Zaur Zeynal, ssenari müəllifi Leyla Qədirzadə, icraçı prodüseri Nicat Həsənli, operatoru Aqşın Rzayev, bəstəkarı Qurban Abbaslıdır. Layihə rəhbəri isə Həmid Əsədzadədir.
BƏDİİ FİLMLƏR
Kino sənətinin ən əsas və geniş yayılmış növü heç şübhəsiz bədii kinodur. Geniş mənada ona bədii film də deyirlər. Bədii kinoda real, yaxud uydurma hadisələr yaradıcı ifaçılıq vasitələri ilə, bir qayda olaraq, xüsusilə yazılmış ssenari və ya bədii nəsr nümumələrinin, teatr dramaturgiyası və s.-nin yenidən işlənib hazırlanması əsasında canlandırılır. Rejissorun rəhbərliyi altında film dəstəsinə operatorlar, rəssam, bəstəkar, səs rejissoru və s. daxildir.
Hazırda "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin Bədii-sənədli filmlər Studiyası və Kinoproqramlar və dublyaj Baş Redaksiyasının yaradıcı kollektivi baş verən hadisələri bədii dildə tamaşaçılara çatdırmaq üçün yeni layihələr üzərində işləyirlər.
Müxtəlif vaxtlarda