Filmdə 1992-ci ilin Novruz bayramı günlərində 41 yaşlı Rüstəmin əlinə silah götürüb doğma kəndini erməni quldurlarından qoruması nümayiş olunur. Lakin elə həmin gecə Novruz tonqalı ətrafında olan ailənin həyətinə mərmi düşür, Rüstəmin qızı həlak olur. Səhərə yaxın isə ermənilər yenə kəndə hücum edirlər. Rüstəm və həmkəndliləri öz yurdlarını tərk etmək məcburiyyətində qalırlar.
Daha sonra isə bu hadisələrin üzərindən 29 il sonrakı – yəni müasir dövr göstərilir. Azərbaycan Ordusu Qarabağı düşməndən azad edib, Rüstəmin ailəsi Novruzu öz kəndində qarşılayır. Ailəni isə xaraba qalmış kəndlərinə Rüstəmin zabit oğlu aparır. Onlar həyətlərini tapıb yenə tonqal qalayırlar.
Bədii televiziya filmində əsas rolları aktyorlar Zilli Namazov, İlqar Musayev, Rauf Ağakişiyev, Günel İmanova, Aygün Fətullayeva, Mübariz Nağıyev oynayırlar.
BƏDİİ FİLMLƏR
Kino sənətinin ən əsas və geniş yayılmış növü heç şübhəsiz bədii kinodur. Geniş mənada ona bədii film də deyirlər. Bədii kinoda real, yaxud uydurma hadisələr yaradıcı ifaçılıq vasitələri ilə, bir qayda olaraq, xüsusilə yazılmış ssenari və ya bədii nəsr nümumələrinin, teatr dramaturgiyası və s.-nin yenidən işlənib hazırlanması əsasında canlandırılır. Rejissorun rəhbərliyi altında film dəstəsinə operatorlar, rəssam, bəstəkar, səs rejissoru və s. daxildir.
Hazırda "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin Bədii-sənədli filmlər Studiyası və Kinoproqramlar və dublyaj Baş Redaksiyasının yaradıcı kollektivi baş verən hadisələri bədii dildə tamaşaçılara çatdırmaq üçün yeni layihələr üzərində işləyirlər.
Müxtəlif vaxtlarda