aztv-banner

Film görkəmli sənətkar Ramiz Həsənoğlunun ömür yoluna - 75 illik yubileyinə həsr olunub.
Filmdə Ramiz Həsənoğlunun bir zamanlar TV-də, teatrda, kinoda yaratdığı obrazlar – Topal Teymur, Salman bəy, Zəhra xalaqızı, Müşkünaz xanım, Mirzə Fətəli bir araya gəliblər. Lakin bu dəfə yeni ampluada.
Rejissorun ən yaddaqalan qəhrəmanlarını elə onları yaradan aktyorlar – Cahangir Novruzov, Afaq Bəşirqızı, Məbud Məhərrəmov, Elman Rəfiyev, Hacı İsmayılov, Dilarə Əliyeva, Rasim Balayev, Məmməd Səfa, İlham Namiq Kamal və digərləri canlandırıb.
Ramiz Həsənoğlunun həyatından da parçaların nümayiş olunacağı filmin rejissoru Elnur Məmmədov, ssenari müəllifi Afaq Vasifqızıdır.

BƏDİİ VƏ SƏNƏDLİ FİLMLƏR

SƏNƏDLİ FİLMLƏR

Kinonun sənədli film növü olmuş hadisələrin, gerçək həyatın lentə alınması əsasında yaradılır. Real hadisə və əhvalatların lentdə əks etdirilməsi nəticəsində meydana çıxan filmlər bədiilikdən kənar, xalis informasiya xronikalarından tutmuş, bütövlükdə incəsənət qanunları üzrə qurulmuş bədii-publisistik və sənədli-poetik filmlərədək müxtəlif ola bilər. Sənədli kinonun əhəmiyyəti təkcə həyat hadisələrini birbaşa və müstəqil təhlil etməkdən ibarət deyil. O, konkret faktları və hadisələri tutuşdurmaq və təhlil etmək üçün də geniş imkanlara malikdir.
Hər il "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin Bədii-sənədli filmlər Studiyası və Kinoproqramlar və dublyaj Baş Redaksiyasının yaradıcı kollektivi müxtəlif mövzulu sənədli filmlərlə tamaşaçıların görüşünə gəlir. Hazırda kollektiv dövrün tələblərinə cavab verən sənədli filmlər üzərində çalışır.

Müxtəlif vaxtlarda

CANLI YAYIM