ŞUŞAM MƏNİM - 25.05.2022 | Şuşanın tarixi və bu günü
ŞUŞAM MƏNİM
"ŞUŞAM MƏNİM" verilişində Dağlıq Qarabağ bölgəsində yerləşən Şuşa şəhərinin tarixi abidələrindən, gözəl təbiətindən, gəzməli-görməli yerlərindən, dahi şəxsiyyətlərindən, sənət adamlarından söhbət açılır.
Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinin təməli 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulub və ilk çağlarda şəhəri Şuşa adı ilə yanaşı xanın şərəfinə Pənahabad adlandırıblar.
Erməni işğalına qədər Şuşada 17 məhəllə olub: Bunlar - Seyidli, Culfalar, Quyuluq, Çuxur məhəllə, Dörd çinar, Dördlər qurdu, Hacı Yusifli, Çöl Qala, Qurdlar, Saatlı, Köçərli, Mamayı, Xoca Mərcanlı, Dəmirçilər, Hamamqabağı, Merdinli və Təzə məhəllə adlanırdı. Hər məhəllədə hamam, məscid və bulaq var idi.
Verilişin aparıcıları İlham Rəhimli, Vasif Quliyev və Elçin Əhmədov bu məhəllələrin yaranması, tarixi barədə tamaşaçılara ətraflı məlumat verirlər. Veriliş Şuşa şəhərində çəkilir.
22:30 / Çərşənbə