aztv-banner
MAARİFÇİ

SOSİAL MEDİA GÜNDƏMİ (SMG)

Sosial media sosial ünsiyyət və paylaşma üçündür. Sosial media daha əlçatan və veb əsaslı texnologiyalardan istifadə etməklə ünsiyyəti interaktiv dialoqa çevirir. Yeni media vasitələri: elektron informasiya saytları, sosial şəbəkələr, bloqlar, mikro bloqlar, ani ünsiyyət proqramları forum kimi insanların bir-birilə ünsiyyətinə və informasiya mübadiləsinə şərait yaradan sayt və proqramlar sayəsində internet istifadəçiləri axtardıqları və maraqlandıqları məlumatları əldə edirlər. Hər kəs öz informasiyasını öncə bir neçə nəfər və ya kiçik qruplar arasında paylaşa bilər, amma şəbəkə artdıqca daha geniş kütləni məlumatlandırmaq mümkün olur. Lakin informasiyanı paylaşmaqdan öncə, sosial medianı izləməli və insanların necə dialoq yaratdığını anlamaq lazımdır. Bunun üçün Sosial Media Gündəmi "SMG" verilişini izləsəniz informasiya biliklərinizi daha da artırmış olarsınız.

19:30 / Həftəiçi

CANLI YAYIM