"Fikir müxtəlifliyi təbii haldır" - Ümummilli lider | Onun 100 fikri
ONUN 100 FİKRİ
1. Böyük siyasəti kiçik hissələrə, xırda mənfəətlərlə bağlamaq olmaz.
2. Xalq dövlət üçün, dövlət xalq üçün olmalıdır.
3. Tarix həmişə hər şeyi öz yerinə qoyur.
4. Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir.
5. Başqasının fikrinə hörmət etmək, ondan faydalı bir şey götürmək qabiliyyətli hər bir adama lazımdır.
6. Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır.
7. Hər bir insan həyatda öz yerini tapmalıdır. Amma öz yerini, özünəməxsus yerini tapmalıdır.
8. Gərək nəbzin, Vətənin nəbzi ilə vursun.
9. Demokratiya insanların şüurunda dəyişiklik deməkdir. Bu dəyişiklik inqilabla olmur, təkamül yolu ilə tədricən gedir.
10. Vətənpərvərlik insanın daxilindəki duyğudur. Əgər bunlar yoxdursa insan mənəviyyatsızdır.
11. Heç kim əbədi qalib ola bilməz.
12. Kim ki biliyindən, bacarığından artıq iddialar edir, o həmişə məğlub olur.
13. Ədalətsizliklə ədalətliyi bərpa etmək olmaz.
14. İqtisadiyyatı güclü olan dövlət, hər şeyə qadirdir.
15. Öz ana dilini bilməyən adamlar şikəst adamlardır.
16. Ağıl olan yerdə zora ehtiyac yoxdur... (davamı var)
Ümummilli Lider Heydər Əliyev