"Həyatım həqiqət üzərində qurulmuşdur" - Ümummilli lider
ONUN 100 FİKRİ
81. Rüşvətxorluq bizi içimizdən yeyir.
82. Yol – iqtisadiyyat, mədəniyyət, bir sözlə həyat deməkdir.
83. Xalqı həmişə mənəviyyat birləşdirmişdir. Çünki başqa əsaslara nisbətən mənəvi əsaslar daha üstündür.
84. Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir.
85. Vəzifədən ötrü yaşayan adamlar bədbəxt adamlardır.
85. Dövlət xalqın işi olmalıdır.
86. Dövlət onun ərazisində yaşayan əhalinin təminatçısı olmalıdır.
87. Bizim bütün təbii sərvətlərimiz xalqa məxsusdur və bu sərvətlərdən istifadə olunmasında heç kəsin müstəsna haqqı yoxdur.
88. Həqiqəti gizlətmək, həqiqətin üstünü basdırmaq olmaz.
89. Heç bir vətəndaş ictimai-siyasi həyata biganə qalmamalıdır.
90. Xalqla ordunun birliyi həm xalqın qüdrətini artırır, həm də ordunu daha qüvvətli edir.
91. Dünya ümumiyyətlə quruculuqla, tikib-yaratmaqla yaşayıb, inkişaf edib.
92. Xalq bir çox xüsusiyyətləri ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.
93. Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir.
94. Mədəniyyət bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.
95. Müstəqillik yolu qədər çətin yol yoxdur.
96. Ölkələr arasında dostluq münasibətlərinin möhkəmlənməsinə mədəniyyət və elm sahəsində əlaqələrin təsiri böyükdür.
97. Xalq həmişə öz ziyalıları, öz mədəniyyəti, öz elmi ilə tanınır.
98. Xalq gərək daim öz kökünü xatırlasın.
99. Tariximizin hər səhifəsi bizim üçün əzizdir.
100. Tarixi olduğu kimi qəbul etmək, dərk etmək və olduğu kimi qiymətləndirmək lazımdır.
Ümummilli Lider Heydər Əliyev