İlhamə Rəsul qızı Hüseynova 28 aprel 1975-ci ildə Masallı rayonunda anadan olub.

Masallı rayon Nəriman Nərimanov adına 2 saylı orta məktəbi medalla bitirib. 1993-1997-ci illərdə  Bakı Dövlət Universitetinin hüquq fakultəsində təhsil alıb. 1999-2003-cü illərdə "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin “Kadrlar və Xüsusi İşlər“ idarəsində fəaliyyət göstərib.

2019-cu ilədək  AMEA-nın  “Hüquq və İnsan Haqları” elmi tədqiqat institutunun “Hüquq sahələrinin müqayisəli təhlili” şöbəsində  çalışıb.

2019-cu ildən "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin “Kadrlar və Xüsusi İşlər“ departamentinin rəisi vəzifəsində işləyib.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 04 fevral 2025-ci il tarixli Sərəncamı ilə “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədr müavini vəzifəsinə təyin edilib.

Ailəlidir.  Bir övladı var.