Azərbaycan Televiziyası, İdman TV və “Mədəniyyət” kanalı bu gündən etibarən HD yayıma başlayıb.
Böyük vəsait tələb edən bu proses Prezident İlham Əliyevin 2019-cu ildə imzaladığı “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı tədbirlər haqqında sərəncamına əsasən həyata keçirilidi.
Tamaşaçı üçün, bəlkə də, sadə görünən televiziyanın modernləşdirilməsi prosesi texniki heyətə yuxusuz gecələr, böyük zəhmət, yüksək peşəkarlıq hesabına başa gəldi.
“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin Texniki İstehsalat Birliyinin Direktoru Elnur Əlizadə bildirib ki, texniki personal bir neçə gün boyunca gərgin çalışıb: “Texniki personal dünən, bu gün, ümumiyyətlə bu proses boyunca çox gərgin əmək sərf edib. Bundan sonra da hədəflərimiz texniki bazamızı möhkəmlətməkdir”.
Baş mühəndis Yolçu Əliyev qeyd edib ki, bu, hələ başlanğıcdır: “Bizdə 3 kanal olduğu üçün çətin idi. Amma görüləcək işlər bundan sonra başlayır”.