Hikmət Hacıyev “Hədəf”də sualları cavablandırıb

Hikmət Hacıyev “Hədəf”də sualları cavablandırıb

9 İyul, 22:47 Sosial mediada paylaşın:

Azərbaycan Televiziyasının (AzTV) "Hədəf" verilişinin qonağı Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev olub, gündəmlə bağlı sualları cavablandırıb.

Prezidentin köməkçisi verilişdə Azərbaycanın koronavirusla mübarizədə beynəlxalq təcrübənin paylaşılması və xarici ölkələrdən gətirilən tibb mütəxəssisləri haqqında danışıb. Bundan başqa H.Hacıyev xarici ölkələrdəki Azərbaycan vətəndaşlarının təxliyəsi haqqında ətraflı məlumatlar verib. O, Prezident İlham Əliyevin təşəbbüsü ilə BMT Baş Assambleyasının sessiyasının çağırılması və ölkəmizin bu bəla ilə mübarizədə qlobal həmrəyliyə çağırışlarını şərh edib.

“Hədəf” verilişini tam olaraq “YouTube” kanalımızdan baxa bilərsiniz.

CANLI YAYIM