“Fulya” təqdim olundu

“Fulya” təqdim olundu

1 Noyabr, 12:32 Sosial mediada paylaşın:

Azərbaycan və Türkiyənin müştərək istehsalı olan “Fulya” sənədli filminin təqdimatı olub.

Nizami Kino Mərkəzində təşkil olunan tədbirdə mədəniyyət və kino nümayəndələri iştirak ediblər. 44 günlük Vətən müharibəsində öz xidməti vəzifələrini yerinə yetirən türkiyəli jurnalist Fulya Öztürk və kameraman Halil Kahramanın peşə fəaliyyətlərini yerinə yetrirəkən üzləşdikləri hadisələrdən bəhs edən filmin çəkilişləri bu ilin iyun ayında Gəncə, Bərdə, Tərtər və paytaxtda aparılıb. Filmin rejissorları Aykut Taşkın və Tahir Tahiroviç, təsvir rejissoru Cengizhan Durmaz, prodüserləri Özcan Dada və Fariz Əhmədovdur.

Təqdimatda “Fulya”nın yaradıcı heyəti, həmçinin filmin qəhrəmanları - türkiyəli media nümayəndələri Fulya Öztürk və Halil Kahraman iştirak ediblər.

CANLI YAYIM