Əks-göstəriş sertifikatı alanların sayı açıqlandı

Əks-göstəriş sertifikatı alanların sayı açıqlandı

27 Noyabr, 12:38 Sosial mediada paylaşın:

Bu günə qədər ümumilikdə 30 minə yaxın şəxs əks-göstəriş sertifikatı alıb.

Bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, həmin vətəndaşlar müvafiq sertifikatla təmin olunub.

"Səhiyyə Nazirliyinin sosial şəbəkə hesablarına əks-göstəriş sertifikatları ilə bağlı daxil olan çoxsaylı müraciətlərə cavab olaraq bildiririk ki, bu günə qədər ümumilikdə 30 minə yaxın şəxsin əks-göstəriş sertifikatı ilə bağlı müraciətinə müsbət cavab verilib", - məlumatda qeyd edilir.

Qeyd edək ki, COVID-19 əleyhinə vaksin vurulması tövsiyə olunmayan şəxslərə (süd verən analar, hamilə qadınlar, allergik xəstəliklərdən əziyyət çəkənlər) əks-göstəriş sertifikatı verilir. Azərbaycanda əks-göstəriş sertifikatının verilməsinə avqustun 9-da başlanılıb. Bunun üçün Səhiyyə Nazirliyinin xüsusi komissiyası yaradılıb. Əks-göstəriş sertifikatı almaq istəyən şəxs birinci növbədə poliklinikaya, öz sahə həkiminə müraciət etməlidir. Əgər şəxsin ambulator kartında həmin xəstəliyi təsdiq edən göstəricilər varsa, həmin xəstələr protokollaşdırılır. Şəxsin sənədləri poliklinika tərəfindən toplanaraq xüsusi komissiyaya göndərilir. Həmin komissiya sənədləri və xəstəlik növünü araşdırandan sonra qərar verir və qərar vətəndaşa göndərilir.

CANLI YAYIM