Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistana dövlət səfərinə gedib

Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistana dövlət səfərinə gedib

21 İyun, 11:48 Sosial mediada paylaşın:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 21-də Özbəkistan Respublikasına dövlət səfərinə yollanıb.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı İslam Kərimov adına Daşkənd Beynəlxalq Hava Limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident İlham Əliyevi Özbəkistanın Baş naziri Abdulla Aripov və digər rəsmi şəxslər qarşıladılar.

CANLI YAYIM