Azərbaycanda daha 420 nəfər COVID-19-a yoluxub: 5 nəfər vəfat edib

Azərbaycanda daha 420 nəfər COVID-19-a yoluxub: 5 nəfər vəfat edib

13 Avqust, 18:35 Sosial mediada paylaşın:

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 420 yoluxma faktı qeydə alınıb, 453 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan şəxslərdən beş nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 804 min 585 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 791 min 656 nəfər müalicə olunaraq sağalıb, 9773 nəfər vəfat edib. Aktiv xəstə sayı 3156 nəfərdir. Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3303, bu günə qədər isə ümumilikdə 7 milyon 91 min 597 test icra olunub.

CANLI YAYIM