"Humanist missiya" və “Bir anın qəhrəmanı” - AzTV-dən YENİ FİLMLƏR

"Humanist missiya" və “Bir anın qəhrəmanı” -AzTV-dən YENİ FİLMLƏR

26 Avqust, 10:49 Sosial mediada paylaşın:

 ““Azərbaycan Televiziya və Radio Verilişləri” QSC Birinci xanım Mehriban Əliyevanın doğum günü ilə bağlı sənədli film hazırlayıb.

QSC-nin İctimaiyyətlə əlaqələr və sosial media şöbəsinin məlumatına görə, Mehriban xanım Əliyevaya həsr olunan sənədli film “Humanist missiya” adlanır.

AzTV-nin Avropa təmsilçisi Elzar Ağayevin hazırladığı sənədli film 26 avqust saat 21:30-da AzTV-də yayımlanacaq.

Filmdə bildirilir ki, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Fondun tarixi, mədəni və dini irsin qorunmasına xidmət edən layihələri ölkəmizin sərhədləri ilə məhdudlaşmır. Heydər Əliyev Fondu İtaliya və Fransada mühüm tarixi əhəmiyyət daşıyan dini abidələrin bərpasına dəstək göstərib. Roma və Strasburqda Heydər Əliyev Fondunun və şəxsən Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın bəşəriyyət üçün dəyərli əsərlərin qorunması, gələcək nəsillər üçün saxlanılması istiqamətindəki səyləri çox yüksək qiymətləndirilir. Həmin layihələr Azərbaycan-Vatikan əlaqələrinin inkişafında da xüsusi əhəmiyyət daşıyır. Bu əməkdaşlıq dinlər və mədəniyyətlər arasında platformaya mühüm töhfələr verir, Azərbaycanın bu sahədəki fəaliyyəti üçün böyük önəm daşıyır. Heydər Əliyev Fondu “Tolerantlığın ünvanı - Azərbaycan” layihəsi çərçivəsində Strasburq Kafedral kilsəsinin XIV əsrə aid olan beş pəncərəsini bərpa edib. Həmçinin Fondun təşəbbüsü ilə Müqəddəs Marçellinio və Pietro katakombaları bərpa edilib. Müqəddəs Sebastian Bazilikasında yeni muzey yaradılıb və sarkofaqlar restavrasiya edilərək həmin muzeydə qorunur. Hazırda isə Müqəddəs Komodilya katakombalarının  bərpası işləri həyata keçirilir.

****

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin “Kinoproqramlar və Dublyaj redaksiyası da Birinci xanım Mehriban Əliyevanın doğum günü ilə bağlı sənədli film hazırlayıb.

Birinci vitse-prezidentə həsr olunmuş film “Bir anın qəhrəmanı” adlanır.

Sözügedən filmdə müxtəlif illərdə Mehriban xanım Əliyeva ilə görüşən şəxslər öz təəssüratlarını bölüşür.

Qəhrəmanlar içərisində “Ümid yeri” uşaq sığınacağının sakinləri, qocalar evində məskunlaşmış ahıllar, Azərbaycanı beynəlxalq yarışlarda yüksək səviyyədə təmsil edən güləşçi Mariya Stadnik, Mehriban xanımın evində qonaq olduğu Kürdəxanı qəsəbə sakini, şəhid ailəsi, Vətən müharibəsi qazisi və digərləri var.

“Bir anın qəhrəmanı” filmi 26 avqust saat 17:40-da AzTV-də yayımlanacaq.

Qeyd edək ki, filmin ssenari müəllifi Afaq Əhmədova, quruluşçu rejissor Vasif Məmmədzadə, montaj rejissoru Zurab Salmanoğlu, layihə rəhbəri isə Elnur Məmmədovdur.

CANLI YAYIM