İranda kütləvi iğtişaşlar: ölən və yaralananlar var

İranda kütləvi iğtişaşlar: ölən və yaralananlar var

21 Sentyabr, 11:49 Sosial mediada paylaşın:

İranda kütləvi etiraz aksiyaları davam edir.

Nümayişlər Tehran, Təbriz, İsfahan, Şiraz, Kirman, Rəşt və digər böyük şəhərləri əhatə edir. Son məlumatlara əsasən, iğtişaşlar zamanı 3 nəfər həlak olub, xeyli sayda adam yaralanıb. Çox sayda etirazçının həbs edildiyi bildirilir. Təkcə Rəşt şəhərində 22 nəfər həbs olunub.

Məşhəd şəhərində keçirilən nümayişdə etirazçılar təcili tibbi yardım avtomobilinə od vurublar. Bundan başqa, etirazçılar nümayişi dağıtmaq üçün gələn təhlükəsizlik qüvvələrinin əməkdaşını yandırıblar. Bəzi yerlərdə polis aksiyaları dağıtmaq üçün silahdan istifadə edib.

Xatırladaq ki, nümayişlər əxlaq polisi tərəfindən saxlanılan 22 yaşlı qızın ölməsindən sonra başlayıb.

CANLI YAYIM