İranla sərhəddə Ağbənd avtomobil yolu körpüsünün təməli qoyulub

İranla sərhəddə Ağbənd avtomobil yolu körpüsünün təməli qoyulub

21 Sentyabr, 15:43 Sosial mediada paylaşın:

Şərqi Zəngəzur iqtisadi rayonu ərazisində İranla dövlət sərhədində Ağbənd avtomobil yolu körpüsünün təməli qoyulub.

Bildirilib ki, iki ölkə arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə əməkdaşlığ dinamik inkişaf etdirilir. Nəqliyyat sahəsində də bir çox istiqamətlərdə əlaqələr sürətləndirilir. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunu İranın avtomobil yolları şəbəkəsi ilə Araz çayı üzərindən birləşdirəcək körpünün uzunluğu 216, eni isə 24,5 metr olmaqla layihələndirilib. Körpüdə hər istiqamətdə 2 nəqliyyat vasitəsi və 1 piyadalar üçün hərəkət zolağı nəzərdə tutulub. Burada hər iki ölkənin ərazisində gündə 500 giriş və 500 çıxış olmaqla ən azı 1000 yük nəqliyyat vasitəsini qəbul edə biləcək buraxılış məntəqəsinin tikintisi də planlaşdırılır.

CANLI YAYIM