AzTV “Göz bəbəyim”i təqdim etdi – 44 günlük müharibəyə aid ən təsirli film

AzTV “Göz bəbəyim”i təqdim etdi – 44 günlük müharibəyə aid ən təsirli film

5 Noyabr, 17:30 Sosial mediada paylaşın:

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC 8 Noyabr - Zəfər Gününə həsr olunmuş bədii filmin təqdimat mərasimini keçirib.

QSC-nin İctimaiyyətlə əlaqələr və sosial media şöbəsinin məlumatına görə, “Göz bəbəyim” adlı bədii film 44 günlük Vətən müharibəsi fonunda iki gəncin sevgisindən bəhs edir.

“Göz bəbəyim” filminin "Park Cinema” (Park Bulvar TM) kinoteatrında keçirilən təqdimat mərasimində filmin yaradıcı heyəti, şəhid ailələrinin üzvləri, XTQ üzvləri, media mənsubları, QSC-nin nümayəndələri və digər qonaqlar iştirak edib.

Əsas süjet xətti 44 günlük müharibə olan filmdə real qəhrəmanların – Xudayar Yusifzadə, Toğrul Hacıyev, Daşqın Səfiyev, Cəbrayıl Dövlətzadə, AzTV-nin operatoru Sirac Abışov və başqa şəhidlərimizin obrazı canlandırılıb. Müharibə zamanı fərqli cəbhələrdə döyüşən, fərqli məkanlarda şəhidlik zirvəsinə ucalan həmin qəhrəmanların filmdə bir araya gətirilməsi, onların dostluğu yaradıcı heyətin bədii təxəyyüldür.

Filmdə Nigar adlı gənc xanım (aktrisa Fəridə Şahbazova) və gənc heykəltəraş Fərid (aktyor Sənan Əlləz) yenicə ailə qurur, noyabrda dünyaya gələcək övladlarını səbirsizliklə gözləyirlər. Lakin Vətən müharibəsi onların planlarına öz korrektələrini edir. Torpağını qorumaq, ata-baba yurdunu düşmən işğalından azad etmək üçün Fərid xəstəxanada olan hamilə həyat yoldaşını Vətənə əmanət edərək könüllü olaraq cəbhəyə yollanır. Amansız döyüşlər zamanı o, vətənpərvərliyin, əsl dostluğun, mərdliyin, qəhrəmanlığın nə olduğunu öyrənir.

“Göz bəbəyim” filminin rejissoru Zaur Zeynal, ssenari müəllifi Leyla Qədirzadə, icraçı prodüseri Nicat Həsənli, operatoru Aqşın Rzayev, bəstəkarı Qurban Abbaslıdır. Layihə rəhbəri isə Həmid Əsədzadədir.

Bədii film 8 noyabr saat 18:00-da AzTV-də yayımlanacaq.

Film bu gün,  5 noyabr saat 19:00-da "Park Cinema" (Park Bulvar TM) kinoteatrında ödənişsiz olaraq nümayiş olunacaq. Sənədli filmin anonsu:

CANLI YAYIM