Ordumuzun Füzuli və Xocavənddəki mövqeləri atəşə tutuldu

Ordumuzun Füzuli və Xocavənddəki mövqeləri atəşə tutuldu

21 Noyabr, 16:49 Sosial mediada paylaşın:

Noyabrın 21-i saat 10:00-dan saat 14:25-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Ordumuzun Füzuli və Xocavənd rayonları istiqamətlərində yerləşən mövqeləri fasilələrlə atəşə tutulub.

Müdafiə Nazirliyinin məlumatına görə, Azərbaycan Ordusunun bu istiqamətlərdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

CANLI YAYIM