Vladimir Putin təmas xəttində atəşkəs elan olunması barədə tapşırıq verib

Vladimir Putin təmas xəttində atəşkəs elan olunması barədə tapşırıq verib

5 Yanvar, 19:51 Sosial mediada paylaşın:

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin müdafiə naziri Sergey Şoyquya yanvarın 6-da saat 12:00-dan yanvarın 7-də saat 00:00-dək Ukraynanın bütün təmas xətti boyunca atəşkəs rejiminin tətbiq edilməsi barədə göstəriş verib. Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

V.Putin Moskvanın və bütün Rusiyanın Patriarxı Kirillin müraciətini nəzərə alaraq müdafiə nazirinə belə tapşırıq verib. Rusiya Prezidenti döyüş əməliyyatları rayonlarında pravoslav əhalinin yaşadığını nəzərə alaraq, Ukrayna tərəfini atəşkəs rejimi elan etməyə və əhalinin Milad bayramı ilə əlaqədar ayinlərdə iştirakına şərait yaratmağa çağırıb.

CANLI YAYIM