Bakı–Tbilisi–Ceyhan kəməri ilə nə qədər neft daşınıb?

Bakı–Tbilisi–Ceyhan kəməri ilə nə qədər neft daşınıb?

19 Yanvar, 14:48 Sosial mediada paylaşın:

Ötən il ərzində Azərbaycandakı magistral neft kəmərləri ilə 37 milyon 781,5 min ton neft nəql olunub.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, nəqletmənin 78,7 faizi Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri (BTC) ilə həyata keçirilib və 2022-ci il ərzində bu kəmərlə 29 milyon 749,6 min ton neft nəql edilib.

Dövr ərzində BTC ilə 5 milyon 103,9 min ton tranzit nefti də ötürülüb.

CANLI YAYIM