15 erməni əsgərinin yanaraq öldüyü “hərbi hissə” azərbaycanlının evi olub - AzTV maraqlı faktları üzə çıxardı

15 erməni əsgərinin yanaraq öldüyü “hərbi hissə” azərbaycanlının evi olub - AzTV maraqlı faktları üzə çıxardı

25 Yanvar, 20:47 Sosial mediada paylaşın:

Yanvarın 19-da Ermənistan ordusunun 15 hərbçisinin ölməsi ilə nəticələnən yanğının baş verdiyi “hərbi hissə” ilə bağlı maraqlı fakt ortaya çıxıb. Azərbaycan Televiziyasının (AzTV) Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, ermənilərin hərbi hissə adlandırdığı tikili əslində 35 il əvvəl yurd yerlərimizdən qovulan Basarkeçər rayonundakı Peşə məktəbinin müəllimi Kamandar Həsənovun evi olub.

“AZTV Xəbər”in komandası 35 ildir ki, evlərindən kazarma kimi istifadə edilən ailə ilə görüşüb, həmsöhbət olub. Vətən həsrəti ilə dünyadan nakam köçən Kamandar Həsənovun oğlu deyib ki, evlərini  kadrlarda görən kimi tanıyıb.

Daha ətraflı “AZTV Xəbər”in reportajında tanış ola bilərsiniz:

CANLI YAYIM