30 il boyunca hər gün açılan “Sabah” - “Ac həriflər”, “Yarımştat”...

30 il boyunca hər gün açılan “Sabah” - “Ac həriflər”, “Yarımştat”...

15 Fevral, 21:30 Sosial mediada paylaşın:

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin nəzdində fəaliyyət göstərən “Sabah” Yaradıcılıq Studiyasının yaradılmasından 30 il ötür.

QSC-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, “Sabah” Yaradıcılıq Studiyası Xalq artisti Ramiz Həsənoğlunun təşəbüssü ilə 15 fevral 1993-cü ildə fəaliyyətə başlayıb. Studiya əsas etibarilə televiziya tamaşaları, film-tamaşalar, bədii və sənədli televiziya filmləri, konsert və şou-proqramlar hazırlayır. Fəaliyyətə başladığı ilk 10 ildə 26 televiziya tamaşası hazırlanıb. Studiyanın istehsalı olan “Ac həriflər” televiziya tamaşası “Humay” mükafatına layiq görülüb. 1993-cü ildən 2019-cu ilə qədər “Sabah” Yaradıcılıq Studiyasında müxtəlif müəllif və rejissorların 40-a yaxın ekran işi ərsəyə gətirilib. 2019-cu ildə yenidən aktiv fəaliyyətə başlayan “Sabah” Yaradıcılıq Studiyası “Zəng”, ”Sonuncu”, “Son gecə“, ”Yağlı boya ilə ailə portreti”, “Ocaq yeri”, “Televizor” və s. bədii televiziya filmlərini istehsal edib. Xalq artisti Ramiz Həsənoğlunun ideya müəllifi olduğu “Yad et məni” silsilə layihəsi çərçivəsində görkəmli şəxsiyyətlər haqqında da bədii-sənədli filmlər davamlı olaraq çəkilir. Həmçinin “Ustad sözü” silsilə verlişi də “Sabah” Yaradıcılıq Studiyasının istehsalıdır. Hazırda studiyada “Fatehlərin divanı” bədii televiziya filminin davamının çəkilişləri üçün hazırlıqlar görülür.

CANLI YAYIM