Fevralın 23-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 178 doza vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 48, ikinci doza vaksinlərin sayı 38, üç və daha çox doza vaksinlərin sayı 79, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 13-dür.
Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 947 min 936, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 403 min 881, ikinci mərhələ üzrə 4 milyon 878 min 661, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 399 min 833, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 265 min 561-dir.